Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı

Tarix :11-10-2019, 15:03
Bölmə : Dunya, gundem
Kömək :    
Baxılıb : 9 dəfə

    Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı

    Bu ilin 15 oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündən bir gün əvvəl isə TDƏŞ Xarici İşlər Nazirləri Şurasının iclası təşkil olunacaq.

    Oxu.Az-ın məlumatına görə, Zirvə Görüşündə üzv dövlətlərin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentləri, müşahidəçi statusunda Macarıstanın Baş naziri, qonaq qismində Türkmənistanın Baş nazirinin müavini iştirak edəcək.

    Özbəkistan bu Zirvə Görüşündə TDƏŞ-ə üzv olacaq.

    Qazaxıstandan isə bu ölkənin birinci Prezidenti Nursultan Nazarbayev və Baş nazirin müavini iştirak edəcək.

    Budəfəki Zirvə Görüşü TDƏŞ-in yaradılmasına dair 2009-cu ildə imzalanmış Naxçıvan Sazişinin 10-cu ildönümünə təsadüf edir.

    Bu baxımdan, Zirvə Görüşü ötən 10 ildə görülmüş işlərin nəzərdən keçirilməsi, gələcək perspektivlərin müəyyən edilməsi baxımından bir növ simvolik xarakter daşıyır.

    Xarici İşlər nazirinin müavini Ramiz Həsənov oktyabrın 3-də “Türk Şurası: Naxçıvan Sazişinin 10 illiyi” adlı beynəlxalq konfransda çıxışı zamanı demişdi ki, Azərbaycan quruma üzv dövlətlərlə əlaqələri gücləndirməkdə maraqlıdır.

    Onun sözlərinə görə, Türk Şurası regionda sülhün bərqərar olmasında və ümumi maraq doğuran sahələrdə birgə əməkdaşlıq üçün əlverişli platforma rolunu oynayıb.

    R.Həsənov bundan sonra da Türk Şurasının əməkdaşlıqda hərəkətverici qüvvə olaraq fəaliyyətinə davam edəcəyinə inandığını qeyd edib:

    “Azərbaycan iki və çoxtərəfli formatda Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqda maraqlıdır. İnanırıq ki, Türk Şurası qarşımızdakı məqsədlərə və hədəflərə nail olmaq üçün güclərin birləşdirilməsinə töhfə verməyə davam edəcək”.

    Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov oktyabrın 10-da parlamentdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

    Onun sözlərinə görə, keçən 10 il sübut etdi ki, belə bir sazişin imzalanmasına, doğrudan da, böyük ehtiyac vardı.

    “Bu 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirildi. Onlardan biri də 2008-ci ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır”, - deyə Z.Əsgərov qeyd edib.

    Birinci vitse-spiker diqqətə çatdırıb ki, ötən dövrdə mədəniyyət, incəsənət, iqtisadiyyat, ticari əlaqələr və digər sahələrdə əməkdaşlıq inkişaf edib:

    “Hesab edirəm ki, bu işlər bundan sonra daha da uğurla davam edəcək”.

    Z.Əsgərov söyləyib ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir.

    Qeyd edək ki, 1992-ci ildən başlayaraq türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı təmasları Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Görüşləri kimi həyata keçirilib.

    Naxçıvanda keçirilmiş sayca 9-cu Zirvə Görüşündə isə TDƏŞ-in təsis edilməsinə dair Saziş imzalanıb.

    Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amildir. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

    Naxçıvan Sazişində müəyyən olunduğu kimi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi təşkilatın qarşısında duran əsas vəzifələrdir.

    Ötən 10 il ərzində TDƏŞ bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Regionda və dünyada sülh, sabitlik, çiçəklənməyə töhfə verən, əməkdaşlığa, dialoqa açıq olan mühüm beynəlxalq təşkilata çevrilib.

    Türkdilli xalqların qədim tarixi və zəngin maddi-mədəni irsinin qorunub saxlanması, tədqiqi, beynəlxalq aləmdə təbliğində TÜRKSOY, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu əhəmiyyətli fəaliyyət göstərir. TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.

    Türkdilli Ölkələrin Parlament Assambleyası üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı genişləndirməklə yanaşı, beynəlxalq parlamentlərarası təşkilatlarda da təmsil olunur.

    Türkdilli dövlətlərin beynəlxalq və regional miqyasda artan nüfuzu və iqtisadi gücü onlar arasında əməkdaşlığı daha cəlbedici edir. Eyni zamanda, region üçün yeni perspektivlər açır. Zəngin enerji qaynaqları, əlverişli coğrafi mövqe türkdilli ölkələri qlobal iqtisadiyyatın mühüm tərkib hissəsinə çevirir.

    Azərbaycan enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq sahələrində öz imkanlarını türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün təqdim edir. Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı enerji (Bakı-Tbilisi-Ceyhan, TANAP), nəqliyyat (Bakı-Tbilisi-Qars, Yeni Bakı Beynəlxalq Dəniz Limanı) layihələri bu sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan verir.

    Hər il Zirvə Görüşləri bir mövzuya həsr olunur.

    Bakıda keçiriləcək görüşün mövzusu isə “Kiçik və Orta Sahibkarlığın İnkişaf Etdirilməsi”dir. Zirvə çərçivəsində Türkdilli dövlətlərin biznes dairələri, xüsusilə kiçik və orta sahibkarların iştirakı ilə Biznes Forum da keçiriləcək. 2019-cu ilin may ayında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təsis olunması Türkdilli dövlətlər arasında ticarətin artırılmasında əhəmiyyətli rol oynayacaq.

    İqtisadi sahədə əməkdaşlığın böyük perspektivləri var. Azərbaycan iqtisadi sahədə üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın iqtisadi inkişafı, ölkədəki siyasi-iqtisadi sabitlik, investisiya imkanları üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da artırılmasına töhfə verir.

    Özbəkistanın Türk Şurasına üzvlüyü təşkilatın coğrafiyasını genişləndirir və türkdilli ölkələr arasında əməkdaşlığı daha da dərinləşdirir. Özbəkistanın məhz Bakıda keçirilən VII Zirvə Görüşündə TDƏŞ-ə üzv qəbul olunması da tarixi bir hadisədir.

    Macarıstanın paytaxtı Budapeştdə 2019-cu ilin sentyabr ayında fəaliyyətə başlaması nəzərdə tutulan Türk Şurasının Nümayəndəlik Ofisi Avropa İttifaqı ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafına təkan verəcək.

    Zirvə Görüşü çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Bakıda yerləşən binasının açılış mərasimi keçiriləcək.

    TÜRKPA-nın binası da Bakıda yerləşir. Bu fakt Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa verdiyi əhəmiyyəti göstərməklə bərabər, Azərbaycanın türk dünyasının birliyinin gücləndirilməsində oynadığı rolu nümayiş etdirir.

    Onu da əlavə edək ki, Bakıda keçiriləcək Zirvə Görüşü ilə TDƏŞ-ə sədrlik Azərbaycana ötürüləcək.


Digər xəbərlər

Axtarış

Xəbər lenti

14-10-2019, 15:43 Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB

14-10-2019, 14:24 Özbəkistan Prezidenti Azərbaycana gəlib

14-10-2019, 13:58 Qırğızıstan Prezident Sooronbay Jeenbekov Azərbaycan rəsmi səfər gəlir

14-10-2019, 13:29 Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki

14-10-2019, 13:14 Sabahın havası — AÇIQLAMA

14-10-2019, 12:57 Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

14-10-2019, 12:44 "Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər" - Nazir

14-10-2019, 12:03 Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon

14-10-2019, 11:33 Çavuşoğlu: "Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək"

14-10-2019, 11:10 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi

14-10-2019, 10:57 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

14-10-2019, 10:38 Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqda sazişə dəyişiklik edilib

14-10-2019, 10:15 Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

12-10-2019, 11:31 Daha bir veteran cüdoçumuz dünya çempionu oldu

12-10-2019, 11:21 Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı

12-10-2019, 10:56 İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib

12-10-2019, 10:38 Terrorçular Türk ordusunun qarşısında ağlamağa başladı - VİDEO

12-10-2019, 10:13 "Maşın şou"da QALMAQAL - Əvvəlcə hədəf göstərdi, sonra isə...

11-10-2019, 18:20 Vilayət Eyvazov yol polisinin 10 əməkdaşını işdən qovdu

11-10-2019, 18:11 "Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB

11-10-2019, 18:01 Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA

11-10-2019, 15:38 Saxta araq satan şəxs HƏBS OLUNDU

11-10-2019, 15:03 Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı

11-10-2019, 13:24 Sabah 27 dərəcə isti olacaq

11-10-2019, 13:08 İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA

11-10-2019, 12:39 Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir

11-10-2019, 12:22 SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək

11-10-2019, 11:25 Emmanuel Makron İlham Əliyevdən dəstək istədi

Təqvim

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hava haqqında


Unutma!

Bizi izləyin