Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA

Tarix :11-10-2019, 18:01
Bölmə : Iqtisadiyyat, gundem
Kömək :    
Baxılıb : 10 dəfə

    Oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri ilə əlaqədar neft məhsullarının istehsalı dayandırılıb. Təmir işlərinin oktyabrın axırınadək davam etməsi gözlənilir.

    Artıq bir neçə ildir ki, zavodun təmirə dayandırıldığı müddətdə xaricdən yüksək oktanlı A-95 benzinlə yanaşı, aşağı oktanlı, ölkə bazarının əsas istehlak yanacağı olan və zavodda istehsal edilən A-92 markalı benzin də idxal edilir.

    Azərbaycanda hazırda A-92 markalı benzinin qiyməti 0,90 qəpik təşkil edir. Bu qiymət isə digər ölkələrdən aşağıdır. Belə olan təqdirdə xaricdən idxal olunan benzinin ölkədaxili bazarda satışı mənfəətə deyil, zərərə səbəb olur.

    Dövlət SOCAR-ın idxaldan yaranan zərərini azalmaq üçün bir neçə ildir ki, 90 gün müddətinə 92 markalı avtomobil benzini üçün gömrük rüsumunu 15%-dən 0%-ə, aksiz vergi dərəcəsini bir ton üçün 200 manatdan 1 manata endirir. Lakin bununla belə idxala görə SOCAR-ın zərəri yaranır. Yaranan zərərin bir hissəsi dövlət büdcəsindən bir növ sosial müavinət olaraq sonradan qarşılanır. Ancaq bu belə zərərin qarşısını ala bilmir.

    2018-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodu təmirə dayandığı müddətdə Azərbaycana 72 min 596,05 ton “A-92” markalı avtomobil benzini idxal edilib. Belə ki, ötən il bir ay müddətində idxal edilən benzinin ümumi dəyəri 58 milyon 913,5 min ABŞ dolları təşkil edib.

    2017-ci ildə idxal edilən avtomobil benzininin ümumi həcmi 78 min 253,61 ton, ümumi dəyəri isə 46 milyon 537,38 min dollar təşkil etmişdi. Beləliklə, 2018-ci ildə Azərbaycana idxal edilən benzinin həcmi 7,3% azalıb, məbləğ nisbətində isə 26,6% artıb.

    Bu il də A-92 markalı benzinin idxalı nəzərdə tutulur. Cari ildə Rusiya və Qara dəniz regionundan ümumilikdə ötən ildəkindən xeyli çox - 120 min ton A-92 markalı benzin idxalı planlaşdırılıb. Bu isə dövlət və SOCAR üçün daha böyük zərər deməkdir.

    Digər tərəfdən, əldə etdiyimiz məlumata görə, 2020-ci ildə təmir və yenidənqurma işləri ilə əlaqədar Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti dörd ay müddətinə dayandırılacaq.

    Bu halda sual oluna bilər ki, zavodun təmir müddətinin uzadılmasına ehtiyac varmı?

    Enerji sahəsində ixtisaslaşmış ekspertlər də vurğulayır ki, əvvəl BNEZ-in təmirə dayanması qısa müddəti əhatə edirdi, amma bir neçə ildir ki, təmir müddəti bir qədər çox davam edir. Onlar hesab edirlər ki, zavodun hər il təmirə dayanmasına görə benzin idxalından yaranan zərərdən dövlətin üzərinə yük düşür, təmir müddətinin uzadılması isə bu yükü daha da artırır.

    Çünki ölkədə bu markalı benzinə tələbat yüksəkdir və hər il daha da artır, əvvəlki ayların istehsalından yaranan ehtiyat tez tükənir. Bu il planlaşdırılan idxal həcmi də tələbatın yüksək olduğunu, dövlətin və SOCAR-ın zərərinin daha çox olacağını göstərir.

    Ekspertlər bu səbəbdən görə də zavodda təmir işlərinin tez bir zamanda yekunlaşmasının daha məqsədəuyğun hesab edir.


Digər xəbərlər

Axtarış

Xəbər lenti

14-10-2019, 15:43 Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB

14-10-2019, 14:24 Özbəkistan Prezidenti Azərbaycana gəlib

14-10-2019, 13:58 Qırğızıstan Prezident Sooronbay Jeenbekov Azərbaycan rəsmi səfər gəlir

14-10-2019, 13:29 Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki

14-10-2019, 13:14 Sabahın havası — AÇIQLAMA

14-10-2019, 12:57 Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

14-10-2019, 12:44 "Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər" - Nazir

14-10-2019, 12:03 Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon

14-10-2019, 11:33 Çavuşoğlu: "Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək"

14-10-2019, 11:10 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi

14-10-2019, 10:57 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

14-10-2019, 10:38 Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqda sazişə dəyişiklik edilib

14-10-2019, 10:15 Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

12-10-2019, 11:31 Daha bir veteran cüdoçumuz dünya çempionu oldu

12-10-2019, 11:21 Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı

12-10-2019, 10:56 İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib

12-10-2019, 10:38 Terrorçular Türk ordusunun qarşısında ağlamağa başladı - VİDEO

12-10-2019, 10:13 "Maşın şou"da QALMAQAL - Əvvəlcə hədəf göstərdi, sonra isə...

11-10-2019, 18:20 Vilayət Eyvazov yol polisinin 10 əməkdaşını işdən qovdu

11-10-2019, 18:11 "Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB

11-10-2019, 18:01 Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA

11-10-2019, 15:38 Saxta araq satan şəxs HƏBS OLUNDU

11-10-2019, 15:03 Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı

11-10-2019, 13:24 Sabah 27 dərəcə isti olacaq

11-10-2019, 13:08 İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA

11-10-2019, 12:39 Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir

11-10-2019, 12:22 SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək

11-10-2019, 11:25 Emmanuel Makron İlham Əliyevdən dəstək istədi

Təqvim

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hava haqqında


Unutma!

Bizi izləyin