Yeni Azərbaycan Partiyası Xaçmazda möhtəşəm tədbir keçirib

Tarix :11-08-2019, 19:27
Bölmə : Sosial, Tedbirler, gundem
Kömək :    
Baxılıb : 11 dəfə

    Xaçmaz Olimpiya İdman kompleksində Azərbaycan gənclərinə daim diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən möhtəşəm tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev dövlətimizin, partiyanın gənclərə diqqət və qayğısından danışaraq xaçmazlı gənclərin həmişə Prezidentimizin ətrafında birləşdiyini qeyd edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycan böyük inkişaf mərhələsindədir. Əhalisinin əksəriyyətini gənclərin təşkil etdiyi ölkəmizdə asudə vaxtın səmərəli təşkili üçün böyük işlər görülüb. Görülən işlərin məntiqi nəticəsidir ki, xaçmazlılar Prezidentin fəaliyyətini dəstəkləyir, görülmüş işlərdən məmnunluqlarını ifadə edirlər”.

    YAP İcra Katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov vurğulayıb ki, gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunur. Gənclərin ictimai-siyasi proseslərdə aktiv iştirak etdiklərini ifadə edən S.Novruzov əlavə edib ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edir.

    YAP İcra Katibinin sözlərinə görə, partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyətini intellektual, bacarıqlı və aktiv gənclər təşkil edir.

    Bildirilib ki, YAP Gənclər Birliyi tərəfindən 2007-ci ildən başlayaraq hər il keçirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi uğurla davam etdirilir: “Yay məktəbi”nin məqsədi Azərbaycan ərazisində yaşayan gənclərin bir-birini daha yaxından tanımaları, gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili və gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasıdır”.

    Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, ötən dövr ərzində gənclər siyasəti, gənclərlə iş sahəsində və idman sahəsində bir sıra mühüm nəticələr əldə olunub: “Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan gəncləri beynəlxalq müstəvidə elm, idman, mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlərlə tanınırlar”.

    Tədbirdə, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Ziyad Səmədzadə, Milli Məclisin üzvləri İlham Əliyev, Yevda Abramov, Xanhüseyn Kazımlı, Azər Badamov, həmçinin YAP Gənclər birliyinin sədri Seymur Orucov və YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov çıxış və iştirak ediblər.

    Sonda incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.


Digər xəbərlər

Axtarış

Xəbər lenti

14-10-2019, 15:43 Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB

14-10-2019, 14:24 Özbəkistan Prezidenti Azərbaycana gəlib

14-10-2019, 13:58 Qırğızıstan Prezident Sooronbay Jeenbekov Azərbaycan rəsmi səfər gəlir

14-10-2019, 13:29 Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki

14-10-2019, 13:14 Sabahın havası — AÇIQLAMA

14-10-2019, 12:57 Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

14-10-2019, 12:44 "Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər" - Nazir

14-10-2019, 12:03 Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon

14-10-2019, 11:33 Çavuşoğlu: "Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək"

14-10-2019, 11:10 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi

14-10-2019, 10:57 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

14-10-2019, 10:38 Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqda sazişə dəyişiklik edilib

14-10-2019, 10:15 Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

12-10-2019, 11:31 Daha bir veteran cüdoçumuz dünya çempionu oldu

12-10-2019, 11:21 Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı

12-10-2019, 10:56 İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib

12-10-2019, 10:38 Terrorçular Türk ordusunun qarşısında ağlamağa başladı - VİDEO

12-10-2019, 10:13 "Maşın şou"da QALMAQAL - Əvvəlcə hədəf göstərdi, sonra isə...

11-10-2019, 18:20 Vilayət Eyvazov yol polisinin 10 əməkdaşını işdən qovdu

11-10-2019, 18:11 "Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB

11-10-2019, 18:01 Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA

11-10-2019, 15:38 Saxta araq satan şəxs HƏBS OLUNDU

11-10-2019, 15:03 Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı

11-10-2019, 13:24 Sabah 27 dərəcə isti olacaq

11-10-2019, 13:08 İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA

11-10-2019, 12:39 Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir

11-10-2019, 12:22 SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək

11-10-2019, 11:25 Emmanuel Makron İlham Əliyevdən dəstək istədi

Təqvim

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Hava haqqında


Unutma!

Bizi izləyin