Füzulililərin ən böyük arzusu işğal altında olan doğma yurdlarına qayıtmaqdır

Tarix :23-08-2019, 11:17
Bölmə : Sosial, tarix, gundem
Kömək :    
Baxılıb : 46 dəfə

    Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.

    AZƏRTAC xəbər verir ki, 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Mühariba zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 400 nəfər sağlamlığını itirib, 181 nəfər itkin düşüb. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

    Füzuli rayonunda qiymətli ağac növlərindən ibarət meşələr məhv edilib

    Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz çayına qovuşur.

    26 ildir ki, işğal altında olan Füzuli rayonunun təbii sərvətləri ermənilər tərəfindən talan edilir. Füzuli rayonunda ümumi ehtiyatları 58858 min kubmetr olan və mişar daşı istehsalına yararlı, istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kubmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

    Özünəməxsus təbiəti malik Füzuli rayonunda yaşı 400 – 1400 arası olan 10-dək Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

    Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində 1960-1980-ci illərdə həyata keçirilmiş hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min kubmetr həcmində hesablanıb.

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağacların bütünlüklə qırılması, Qoçəhmədli kənd yolu boyunca ağacların kütləvi şəkildə məhv edilməsi, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqların tamamilə qırılması, 2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisinin ermənilər tərəfindən yandırılması faktını aşkarlayıb.

    Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib

    Füzuli rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. 26 ildir ki, bu tarixi memarlıq və arxeoloji abidələr erməni işğalı altındadır.

    Rayon ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində, Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin ondan çox kurqan tipli arxeoloji abidə isə erməni vandalizminin qurbanına çevrilib, dağıdılıb və məhv edilib.

    Uğurlu Horadiz əməliyyatı zamanı rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunub

    1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.

    1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, - deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Hazırda Horadiz respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilib.

    Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə yanaşır

    Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri – 1 şəhər, 61 kənd işğal altındadır. Rayon əhalisinin 70 min nəfəri işğaldan azad edilmiş ərazidə, 55 min nəfərdən çoxu isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və başqa rayonlarda məskunlaşıb.

    Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

    Füzulililər doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

    Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin hər yerində olduğu kimi, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, aqrar sahənin, sahibkarlığın inkişafında uğurlar qazanılıb. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər doğma rayonlarının inkişafı üçün var qüvvələrini səfərbər ediblər. Horadiz şəhərində, kənd və qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri, salınan park və xiyabanlar nəticəsində rayona gələn insanlar müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-sahmanın şahidi olurlar.

    Bütün bunlarla yanaşı, füzulililərin ən böyük arzusu işğal altında olan Füzuli şəhərinin və 61 kəndin azad edilməsi, doğma yurdlarına qayıtmaqdır. Doğma torpaqlarının işğal altında qalması ilə barışmayan füzulililər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.


Digər xəbərlər

Axtarış

Xəbər lenti

14-10-2019, 15:43 Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB

14-10-2019, 14:24 Özbəkistan Prezidenti Azərbaycana gəlib

14-10-2019, 13:58 Qırğızıstan Prezident Sooronbay Jeenbekov Azərbaycan rəsmi səfər gəlir

14-10-2019, 13:29 Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki

14-10-2019, 13:14 Sabahın havası — AÇIQLAMA

14-10-2019, 12:57 Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

14-10-2019, 12:44 "Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər" - Nazir

14-10-2019, 12:03 Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon

14-10-2019, 11:33 Çavuşoğlu: "Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək"

14-10-2019, 11:10 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi

14-10-2019, 10:57 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

14-10-2019, 10:38 Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqda sazişə dəyişiklik edilib

14-10-2019, 10:15 Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

12-10-2019, 11:31 Daha bir veteran cüdoçumuz dünya çempionu oldu

12-10-2019, 11:21 Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı

12-10-2019, 10:56 İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib

12-10-2019, 10:38 Terrorçular Türk ordusunun qarşısında ağlamağa başladı - VİDEO

12-10-2019, 10:13 "Maşın şou"da QALMAQAL - Əvvəlcə hədəf göstərdi, sonra isə...

11-10-2019, 18:20 Vilayət Eyvazov yol polisinin 10 əməkdaşını işdən qovdu

11-10-2019, 18:11 "Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB

11-10-2019, 18:01 Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA

11-10-2019, 15:38 Saxta araq satan şəxs HƏBS OLUNDU

11-10-2019, 15:03 Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı

11-10-2019, 13:24 Sabah 27 dərəcə isti olacaq

11-10-2019, 13:08 İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA

11-10-2019, 12:39 Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir

11-10-2019, 12:22 SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək

11-10-2019, 11:25 Emmanuel Makron İlham Əliyevdən dəstək istədi

Təqvim

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Hava haqqında


Unutma!

Bizi izləyin